Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının müzakirə edəcəyi məsələlər açıqlanıb

Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının müzakirə edəcəyi məsələlər açıqlanıb

Gürcüstan, Türkiyə və Azərbaycan xarici işlər nazirlərinin İstanbulda keçiriləcək görüşündə regional və qlobal müstəvidə əlaqələrin, ticarət və iqtisadi sahələrdə, eləcə də enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunacaq.

Bu barədə Gürcüstanın Türkiyədəki səfiri Arçil Kalandiya bildirib.

O, görüşdən sonra XİN başçıları arasında birgə bəyannamənin imzalanacağını qeyd edib.

Səfirin sözlərinə görə, Gürcüstan Baş nazirinin müavini, XİN rəhbəri Maka Boçorişvili türkiyəli və azərbaycanlı həmkarları ilə ikitərəfli görüşlər keçirəcək.

"Görüş zamanı Cənubi Qafqaz bölgəsində sülh və sabitliyin daha da möhkəmləndirilməsi məsələsi də müzakirə mövzularından olacaq", - Kalandiya əlavə edib.

Mənbə: apa.az