Eldar Əzizovun vəzifəyə təyin olunan oğlu ilə bağlı MARAQLI FAKT

Eldar Əzizovun vəzifəyə təyin olunan oğlu ilə bağlı

Xəbər verdiyimiz kimi, ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin edilib.

Müvafiq əmrlə bu vəzifəyə Şamil Əzizov təyin olunub. O, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun oğludur.

“Unikal.az”a istinadla xəbər verilir ki, Şamil Əzizov Vətən müharibəsi iştirakçısıdır.

Qeyd edək ki, Ş.Əzizov bundan əvvəl Heydər Əliyev Mərkəzində direktorun köməkçisi, həmçinin Heydər Əliyev Fondunun icraçı direktorunun köməkçisi vəzifələrində çalışıb.

Mənbə: bizim.media