Harri və ailəsi Londonda atası ilə görüşə bilər

Harri və ailəsi Londonda atası ilə görüşə bilər

Şahzadə Harri həyat yoldaşı Meqan Markl və uşaqları ilə Londonda atası Kral Çarlz III ilə görüşə bilər.

Bu haqda “Page Six” məlumat yayıb.

Şahzadə “İnvictus games” çərçivəsində tədbirə qatılmağı, həyat yoldaşı və uşaqları ilə Kral III Çarlz arasında görüş keçirməyi planlaşdırır.

Lakin insayderlər görüşün konkret tarixini açıqlamayıblar.

Məlumata görə, Şahzadə Harri və qardaşı Uilyamın şəxsi görüşü də onların münaqişəsi səbəbindən hazırda planlaşdırılmır.

Mənbə: qafqazinfo.az