Pentaqon Kubanı hədələdi: Buna cəhd etməyin, ağılsızlıq olar

Pentaqon Kubanı hədələdi: Buna cəhd etməyin, ağılsızlıq olar

Kuba Quantanamo körfəzindəki ABŞ hərbi bazasına və ya ABŞ ərazisinə çata biləcək silahlar əldə etməyə cəhd etməməlidir.

Bu barədə Pentaqon katibi Pit Heqset iyunun 10-da bazaya gəlişindən sonra “YouTube”da yayımlanan çıxışında bildirib.

"Müdafiə Nazirliyindəki işimiz baş komandanımızın Amerika xalqını qorumaq üçün verdiyi istənilən qərara hazır olmaqdır. Kuba hökumətinin bu bazaya və ya ABŞ ərazisinə çata biləcək silahlar əldə etməyə və ya onlara çıxış əldə etməyə cəhd etməsi ağılsızlıq olardı", - deyə o bildirib.

Heqsetin fikrincə, belə bir halda Havananın özü nəinki istəmədiyi, hətta tab gətirə bilməyəcəyi bir qarşıdurmaya səbəb olardı.

Elə həmin gün Heqset Kuba prezidenti Miguel Dias-Kanelin qaçırılması ehtimalını qaldırdı. Pentaqon rəhbərinin sözlərinə görə, belə bir həll yolu Vaşinqton tərəfindən nəzərdən keçirilən variantlar arasındadır.

ABŞ Prezidenti Donald Tramp 4 iyun Cümə axşamı günü bildirib ki, ABŞ Kubadakı hökumət sistemini dəyişdirməyi hədəfləyir.

Müəllif: Tural

Mənbə: publika.az