Baş prokuror Nərimanovda qəbul keçirdi - Fotolar

Baş prokuror Nərimanovda qəbul keçirdi -

Baş prokuror Kamran Əliyev Bakı şəhəri Nərimanov rayon prokurorluğunun inzibati binasında eyni rayondan olan vətəndaşları qəbul edib.

Qəbulda 48 nəfər vətəndaş iştirak edib.

Müraciətlər əsasən cinayət işlərinin istintaqı, cinayət faktları ilə bağlı məlumatların araşdırılması zamanı yol verilən qanun pozuntuları, eləcə də məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi ilə bağlı olub.

Kamran Əliyev qaldırılan məsələlərin operativ həlli məqsədilə prokurorluğa və aidiyyəti icra orqanlarına müvafiq göstərişlər verilib.



Mənbə: qafqazinfo.az