Merz Trampa xüsusi hədiyyə hazırlayıb - "Der Spiegel"

Merz Trampa xüsusi hədiyyə hazırlayıb - "Der Spiegel"

Almaniya kansleri Fridrix Merz 14 iyunda 80 yaşını qeyd edəcək ABŞ prezidenti Donald Tramp üçün əlyazma məktub və ayrıca hədiyyə hazırlayıb.

Bu barədə "Der Spiegel" jurnalı məlumat yayıb.

"Merz hədiyyəni ABŞ Prezidentinə gələn bazar ertəsi günü Cenevrə gölünün sahilində, Fransanın Evian şəhərində keçiriləcək G7 sammitində şəxsən təqdim edəcək. Hədiyyənin nədən ibarətə olması isə hələlik açıqlanmayıb", - deyə məqalədə yazılıb.

Müəllif: Tural

Mənbə: publika.az