Türkiyənin freqatı ABŞ-nin hərbi bazasına çatdı - FOTO

Türkiyənin freqatı ABŞ-nin hərbi bazasına çatdı -

Türkiyənin "TCG Oruçreis" freqatı ABŞ-nin qurulmasının 250-ci ildönümü tədbirləri çərçivəsində icra ediləcək "FLEETEX-250/2026" təlimində iştirak etmək üçün 14-21 iyun tarixləri arasında Norfolk Dəniz Bazasına liman səfəri həyata keçirir.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi “Facebook” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

"TCG Oruçreis freqatı, 14 iyun 2026-cı il tarixində Hərbi Filo Komandanı kontr-admiral Mehmet Baybars Küçükatay, Norfolk Türk Baş Zabiti general-mayor Hayrettin Koca və Vaşinqton Dəniz Attaşesi Haluk Orhon tərəfindən qarşılanıb", - məlumatda bildirilib.

Mənbə: publika.az