Ukrayna Braziliya prezidenti Luis İnasio Lula da Silvadan Rusiya ilə danışıqlarda vasitəçilik etməsini istəyib.
Bu barədə UOL portalı məlumat yayıb.
Braziliya hökuməti hesab edir ki, Kiyevin Lulanı vasitəçi kimi seçməsi onun Rusiya prezidenti Vladimir Putinlə etibarlı münasibətləri ilə bağlıdır.
Portalın məlumatına görə, Ukrayna lideri Vladimir Zelenski Fransada keçirilən G7 sammitində Braziliya prezidenti ilə görüş istəyib. Söhbət zamanı o, Kiyevin mövqeyini çatdırmağa 40 dəqiqədən çox vaxt sərf edib.
Portal qeyd edir ki, Lula da Silva yaxın gələcəkdə Vladimir Putinlə danışmağı planlaşdırmır, lakin onun rusiyalı həmkarı ilə görüşü sentyabr ayında Nyu-Dehlidə keçiriləcək BRICS sammiti zamanı mümkündür.
Müəllif: Tural
Mənbə: publika.az