“Güclü Ermənistan” bloku iyunun 7-də keçirilmiş seçkilərin ləğvi tələbi ilə Konstitusiya Məhkəməsinə müraciət edib.
Ermənistan mediasının xəbərinə görə, Samvel Karapetyanın bloku seçkilərin hakimiyyətin kütləvi pozuntuları və repressiyaları ilə müşayiət olunduğunu iddia edir.
“Güclü Ermənistan” bloku hesab edir ki, bu baxımdan Konstitusiya Məhkəməsi ya seçkiləri ləğv etməli, ya da ikinci tur təyin etməlidir.
Mənbə: apa.az