Sabah danışıqlar aparacaqlar

Sabah danışıqlar aparacaqlar

ABŞ və İran arasında texniki danışıqlar iyunun 21-də İsveçrənin Bürgenstok şəhərində baş tutacaq.

Bu barədə Pakistan Xarici İşlər Nazirliyi X sosial media platformasında məlumat yayıb.

“İslamabad Anlaşma Memorandumunun imzalanmasından sonra Bürgenstokda texniki səviyyəli danışıqlar aparılacaq. Müzakirələrdə ABŞ və İrandan nümayəndələr, Pakistan və Qətərdən vasitəçilər iştirak edəcək”, - nazirlik bildirib.

Mənbə: qafqazinfo.az