"Qərb Rusiya ilə müharibəyə hazırlaşdığını açıq şəkildə bəyan edir" - Putin

"Qərb Rusiya ilə müharibəyə hazırlaşdığını açıq şəkildə bəyan edir" -

Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrinin Ukrayna münaqişəsi fonunda atdığı addımları şərh edərkən kəskin bəyanatlarla çıxış edib.

Rusiya lideri NATO-nun son dövrlərdəki ritorikasının dəyişdiyinə diqqət çəkib.

"Əgər əvvəllər NATO ölkələri yalnız "Kiyev rejimi"nə dəstək verməklə kifayətlənirdilərsə, indi Qərbdə Rusiya ilə müharibəyə hazırlaşdıqlarını açıq şəkildə dilə gətirirlər", – deyə Putin vurğulayıb.

Rusiya tərəfi NATO ölkələrinin bu bəyanatlarını və hərbi hazırlıqlarını birbaşa təhdid kimi qiymətləndirdiyini və buna uyğun olaraq öz müdafiə potensialını gücləndirəcəyini bəyan edib.


Mənbə: bizim.media