Suriyada İŞİD-in yüksək vəzifəli lideri öldürüldü

Suriyada İŞİD-in yüksək vəzifəli lideri öldürüldü

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Mərkəzi Komandanlığının qüvvələri iyunun 19-da Suriyanın şimal-qərbində İŞİD-in yüksəkvəzifəli liderinin ölümü ilə nəticələnən hava hücumu həyata keçirib.

Bu barədə CENTCOM-un açıqlamasında bildirilib.

Qeyd olunub ki, dəqiq zərbə ilə Əli Hüseyn əl-Uleyvi öldürülüb.

“Bu, xaricdəki amerikalılara və ya ABŞ-yə hücum etmək istəyən terrorçuları dayandırmaq və aradan qaldırmaq üçün davam edən səylərin bir hissəsidir. Mərkəzi Komandanlığın qüvvələri regional tərəfdaşlarla birlikdə işləməyə davam edir”,- deyə açıqlamada vurğulanıb.

Mənbə: bizim.media