İsrail aviaşirkəti Moskvaya uçuşları LƏĞV EDİR

İsrail aviaşirkəti Moskvaya uçuşları

İsrailin "El Al" aviaşirkəti yaxın günlərdə Təl-Əviv — Moskva marşrutu üzrə uçuşları müvəqqəti olaraq dayandıracaq.

Bu barədə "Kan" dövlət teleradioşirkəti məlumat yayıb.

Aviaşirkət rəsmilərinin sözlərinə görə, bu qərar Rusiya və Ukrayna arasındakı hadisələrin gedişatı səbəbindən qəbul edilib. Hələlik söhbət reyslərin bir neçə günlük dayandırılmasından gedir.

Gələn həftə şirkət uçuşların bərpa edilib-edilməyəcəyini müəyyənləşdirmək üçün vəziyyəti yenidən qiymətləndirəcək.

Qeyd edək ki, iyunun 18-də Moskva son iki ilin ən böyük Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb. Həmin vaxt hava hücumundan müdafiə (HHM) qüvvələri paytaxt istiqamətinə uçan 190-dan çox dronu zərərsizləşdirə bilib.

Mənbə: bizim.media