Rusiya və Ukrayna arasında növbəti girov mübadiləsi baş tutub.
Bu barədə Rusiyanın insan hüquqları üzrə müvəkkili Yana Lantratova açıqlama verib.
Onun sözlərinə görə, tərəflər arasında keçirilən mübadilə nəticəsində Ukraynadan 7 Rusiya vətəndaşı geri qaytarılıb. Onlardan beşi Kursk vilayətinin, o cümlədən Sudja şəhərinin sakinləri, digər ikisi isə Rusiyanın başqa bölgələrində yaşayır.
Lantratova bildirib ki, eyni zamanda 7 Ukrayna vətəndaşı da qarşı tərəfə təhvil verilib.
Xatırladaq ki, ötən gün Rusiya və Ukrayna arasında 160 nəfərin 160 nəfərə formatında hərbi əsir mübadiləsi həyata keçirilmişdi.
Müəllif: Malik Məlikov
Mənbə: news.milli.az