Suriyada açıq-saçıq geyimləri ilə müzakirə yaradan bloger parlament üzvü TƏYİN EDİLDİ - FOTO

Suriyada açıq-saçıq geyimləri ilə müzakirə yaradan bloger parlament üzvü

Suriya Prezidenti Əhməd əl-Şara aktrisa və sosial media fenomeni Ruzaina Amer əl-Ladhikani Suriyanın 210 üzvdən ibarət keçid parlamentinə üzv təyin edib.

Bu təyinat bəzi mühafizəkar vətəndaşlar arasında narazılığa səbəb olub.

Tənqidçilər onun sosial həyat tərzini, açıq-saçıq geyimlərini və ictimai yerlərdə spirtli içki qəbul etdiyini müzakirə edirlər.

Mühafizəkarlar onun parlamentin spikeri ola biləcəyindən qorxurlar.






Mənbə: bizim.media