Ermənilərin səsləndirdiyi revanşıst fikirləri populizmdən başqa bir şey deyil - Deputat

Ermənilərin səsləndirdiyi revanşıst fikirləri populizmdən başqa bir şey deyil - Deputat

Bakı. Elçin Mehdiyev – Trend:

Ermənilərin səsləndirdiyi revanşist fikirləri populizmdən başqa bir şey deyil. Əgər ermənilər həqiqətən yenidən müharibə etmək fikirlərinə düşərək ölkəmizə qarşı hərbi əməliyyatlara başlayarlarsa, bu onların sonu olacaqdır. Bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, son vaxtlar Ermənistan mediasında siyasətçilərin revanşist fikirlərin səsləndiridyini müşahidə edirik:

"Hətta Ermənistanın prezidenti Armen Sarkisyan bir qrupu müxalifətçi və siyasi fəalla görüşündə müharibədə məğlub olduqlarını etiraf etməklə yanaşı bunun son olmadığını və yeni müharibəyə hazırlaşmağının vacibliyini deyib. O, Ermənistan ordusunun süni intelektlə idarə olunan silahlarla silahlanmağın vacibliyini qeyd edir. Düşünürəm ki, Sarkisyanın bu revanşist fikirləri daxili auditoriyasının sakitləşdirilməsinə hesablanıb.

Erməni hakimiyyəti ölkə daxilində yaranmış siyasi etiraz dalğalarını yatırtmaq üçün müxtəlif yollara əl atdı. Gördülər ki, atdıqları addımları küçələrdəki etiraz dalğalarını sakitləşdirmir. Ona görə də insanların həssas nöqtəsindən yapışaraq yenidən müharibəyə hazırlaşdıqlarını bəyan etməklə hökumətə qarşı etirazlarını sakitləşdirmək fikirlərinə düşüblər. Bu, heç də belə deyil. Çünki, 27 sentyabrda başlanmış 44 günlük müharibədə Ermənistan ordusunu silahlı qüvvələrimiz darmadağın edib. Ölən əsgərlərin sayı hətta 10 minlərlə olduğunu qeyd edirlər. Bununla yanaşı yaralanmış və əlil olmuş əsgərlərin sayı 3-4 dəfə çox olub. Belə götürüləndə 1,5 milyonluq əhalisi olan Ermənistanın hərbə yararlı gənc nəsil demək olar ki, məhv edilib və yararsız halına salınıb.

Birincisi onu qeyd etmək istəyirəm ki, Ermənistanın yaxın 15-20 ildə Azərbaycanın ordusu ilə yenidən müharibə aparmağına canlı qüvvəsi baxımından mümkünsüzdür. İkincisi isə ordusunu müasir intelektli silahlarla silahlandırmağına Ermənistanın iqtisadi gücü yoxdur. Əgər bu gün Ermənistanın dövlət büdcəsində müdafiə xərclərinə cəmi 500 milyon dollar ayırmaq gücü çatırsa, bu vəsait hərbinin cari xərclərinin ancaq qarşılanmasına gücnən bəs olar.

Biz bilirik ki, müasir silahların dəyəri çox bahadır. Ermənistanın dövlət büdcəsi ilə yaxın 10 illiklərdə belə silahların alınması ermənilər üçün yuxudan başqa bir şey deyil".

Deputat bildirib ki, Azərbaycan Vətən müharibəsində qalib gəlməsinə baxmayaraq müdafiə xərclərini bu il də 500 milyon artırdı:

"Bu gün dövlət büdcəmizdə müdafiə xərcləri 2,7 milyard dollardır. 500 milyon dollar müdafiə büdcəsi olan Ermənistan 2,7 milyard dollar müdafiə büdcəsi olan Azərbaycanla heç vaxt yenidən müharibə apara bilməz. Həm də Azərbaycanın əhalisi 10 milyonu keçib. Bu baxımdan da ordumuzda xidmət etmək üçün kifayət qədər də gənclərimiz vardır.

Belə bir müqayisə reallıq olduğu halda ermənilərin yenidən müharibədən danışmaqları gülməli gəlir. Qələbə əldə etməyimizə baxmayaraq biz sakitləşib oturmamışıq. Ordumuz üçün daha müasir silahlar alınır. Hərbiçilərimizin peşəkarlığı davamlı olaraq artırılır. Bu gün Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu arasındadır.

Hətta apardığımız müharibədə tətbiq etdiyimiz hərbi taktikaya görə ordumuz bəlkə də dünyanın 5 ordusunun arasındadır. Belə olan halda deyə bilərəm ki, ermənilərin səsləndirdiyi revanşıst fikirləri populizmdən başqa bir şey deyil. Əgər ermənilər həqiqətən yenidən müharibə etmək fikirlərinə düşərək ölkəmizə qarşı hərbi əməliyyatlara başlayarlarsa, bu onların sonu olacaqdır. Yenidən müharibə başlayarsa bütün məsuliyyət Ermənistanın üzərində olacaq və Azərbaycan əsgəri üç rəngli bayrağımızı İrevanın üzərində dalğalandıracaqdır".

Mənbə: az.trend.az