Zelenski: "Rusiya Ukraynaya yeni kütləvi zərbə endirməyə hazırlaşır" - VİDEO

Zelenski: "Rusiya Ukraynaya yeni kütləvi zərbə endirməyə hazırlaşır" -

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın növbəti irimiqyaslı hücuma hazırlaşdığı barədə kəşfiyyat məlumatlarının olduğunu açıqlayıb.

Dövlət başçısı bu addımın konkret vaxt seçiminə diqqət çəkib:

"Kəşfiyyatın məlumatına görə, ruslar yeni kütləvi zərbə endirməyə hazırlaşırlar. Bu, Putinin üslubuna uyğundur – Amerikanın Müstəqillik Günündən dərhal sonra və Ankarada keçiriləcək NATO sammiti ərəfəsində".

Zelenski vətəndaşları hava həyəcanı siqnallarına qarşı diqqətli olmağa çağırıb.

O, həmçinin Qərb tərəfdaşlarına müraciət edərək, hava hücumundan müdafiə (HHM) sistemləri, xüsusən "Patriot" raketlərinin tədarükündəki gecikmələrin insan tələfatına səbəb olduğunu xatırladıb:


"Dünyada kifayət qədər və keyfiyyətli HHM vasitələri mövcuddur. Ukraynada həyatın real qorunması üçün sizin qərarlarınız lazımdır. İlk növbədə, bu, Amerikanın, Avropanın və dünyanın güclü dövlətlərinin qərarıdır".


Mənbə: bizim.media