İsrail-Livan danışıqlarının altıncı mərhələsi iyulun 15-16-da Romada səfirlər səviyyəsində keçiriləcək.
“Əl-Hədəs” telekanalına istinadla xəbər verilir ki, bunu İsrailin ABŞ-dəki səfiri Yexiel Lyayter deyib.
Diplomat əlavə edib ki, iyulun 21-də isə ABŞ Prezidenti Donald Tramp Livan Prezidenti Cozef Aunla görüşəcək.
Xatırladaq ki, iyunun 26-da Livan, ABŞ və İsrail arasında üçtərəfli çərçivə anlaşması imzalanıb. Bu Vaşinqtonda baş tutan birbaşa danışıqların beşinci raundundan sonra mümkün olub. Tərəflər Livanın cənubunda İsrail qoşunlarının Livan ordusuna təhvil verəcəyi iki regionun müəyyənləşdirilməsi və mərkəzi hakimiyyətə tabe olmayan silahlı qrupların tərksilah edilməsi barədə razılığa gəliblər.
Livan Hökuməti də məsələyə dair bəyanat yayıb. Bildirilib ki, Baş nazir Nəvaf Sallam dünən ordu komandanı, general Rudolf Heykəllə çərçivə razılaşmasının yerinə yetirilməsi ilə bağlı hazırlıqları müzakirə edib.
Mənbə: bizim.media