“Dövlət, bələdiyyə torpaqları var, özəl torpaqların isə təxminən 20%-i mülkiyyətçilər arasındakı yollara sərf olunur”.
Bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyası çərçivəsində keçirilən iclasında “Toxumçuluq haqqında” qanun layihəsinin müzakirəsi zamanı Regional siyasət komitəsinin sədri Siyavuş Novruzov bildirib.
“Yəni kənd təsərrüfatına yararlı torpaqların 20 faizi su arxlarına sərf olunur ki, birləşdikdən sonra onlardan geniş şəkildə istifadə etmək olar. Əsas məsələlərdən biri odur ki, kənd təsərrüfatı kadrlarının yetişdirilməsinə üstünlük verməliyik”, - deyə komitə sədri qeyd edib.
Nuranə Daxilqızı
Mənbə: qafqazinfo.az