“Rusiya-Ukrayna müharibəsi belə də davam edəcək. İran müharibəsi də həmçinin. İndi düşünün, Rusiyanı mövcud tarazlıqdan çıxarsanız, Avropada təhdid qalarmı? Avropa hazırda özünü nədən müdafiə edir? Nəyə qarşı NATO-nu istəyir? Amerikanı nəyə qarşı istəyir? Amerika Avropanı nə ilə təhdid edir? Kimə qarşı onları tək qoymaqla hədələyir? Rusiyaya qarşı”.
Bu sözləri ehtiyatda olan türkiyəli kontr-admiral Prof. Dr. Cihat Yaycı GZT-nin baş redaktoru Doğukan Gezerin təqdimatında yayımlanan “Xəritə” proqramında deyib.
“İndi İranı mövcud tarazlıqdan çıxaraq. O zaman Amerikanın Bəsra körfəzi ölkələrində qalması üçün konkret bir səbəb qalacaqmı? Rejimləri, monarxiyaları dəstəkləməkdən başqa heç bir səbəb qalmayacaq. İsrailin hücumları, genişlənməsi və silahlanması üçün bir səbəb qalacaqmı? Xeyr. Yeni bir təhdid yaradılana qədər qalmayacaq. Buna görə də, dediyimiz kimi, həm İran, həm də Ukrayna hücumlarını davam etdirəcəklər. Bundan hər kəs faydalanır”.
Prof. Dr. Cihat Yaycı
Ekspert, həmçinin, Türkiyəni gözləyən təhlükədən danışıb:
“Türkiyəni İrana hücuma sürükləmək istəyirlər. Və bunu NATO adı altında etmək istəyirlər. Türkiyəni NATO çətiri altında atəşə atmaq istəyirlər. Çox diqqətli olmaq lazımdır. Amma bu sənəd imzalanıb və dərc edilib. Bundan sonra İranın nüvə imkanları və Hörmüz boğazındakı naviqasiya, bir gəmiyə hücum olarsa və s. NATO məsələsinə çevriləcək. O zaman Amerika və Britaniya gəmiləri dəniz yolu ilə gedəcək, amma quru yolu ilə Türkiyədən başqa gedəcək yer yoxdur. Türkiyə İranla qarşı-qarşıya gələ bilər. Çox diqqətli olmalıyıq”.
Gülnar Səlimova
İstanbul
Mənbə: globalinfo.az
