ABŞ dövlət katibi Marko Rubio Venesuela hökuməti daxilində maliyyə axınlarına, təbii sərvətlərin bölüşdürülməsinə və təyinatlara nəzarət edir.
Bu barədə "New York Times" qəzeti yazıb.
Jurnalistlər xatırladırlar ki, Prezident Donald Tramp əvvəllər Rubionu Venesuela lideri təyin etməklə bağlı zarafat etmişdi. Lakin onlar vurğulayırlar ki, o, artıq ölkəyə nəzarəti Vaşinqtondan həyata keçirdiyi üçün mütləq Karakasa köçməyə ehtiyac duymur.
"Rubio Trampın Venesuelada vitse-kralı təyin edilib" - məqalədə qeyd olunub.
İddia olunur ki, ABŞ ordusu Prezident Nikolas Maduroya qarşı əməliyyata başlayandan bəri Rubio Venesuelanın faktiki hökmdarına çevrilib və suveren dövlət üzərində əhəmiyyətli gücə malikdir. Müəlliflər həm Vaşinqton, həm də Karakasdakı rəsmilərin və hakimiyyətə yaxın mənbələrin fikirlərinə istinad edirlər.
Mənbə: unikal.az