Yəmən yaxın vaxtlarda Babülməndəb boğazını bağlaya bilər.
Bu barədə "Fars" agentliyi məlumat yayıb.
Nəşrin məlumatında qeyd olunur ki, Yəmənin "Ənsar Allah" hərəkatının siyasi bürosunun üzvü Məhəmməd əl-Fərh ölkənin boğazı bağlamaq niyyətində olduğuna işarə edib.
Siyasətçinin sözlərinə görə, Babülməndəb Hörmüz boğazı ilə vahid mövqedən çıxış edəcək və neftin qiyməti bir barel üçün 200 dollara qədər yüksələcək.
İki ölkə arasında gərginliyin növbəti mərhələsi iyulun 12-nə keçən gecə İranın "ABŞ-nin regiondakı müdaxiləsi dayandırılana qədər" Hörmüz boğazını bağladığını elan etməsindən sonra yaranıb. Cavab olaraq ABŞ İranın hədəflərinə yeni zərbələr endirməyə başlayıb.
Mənbə: bizim.media