"Bu müharibə fəlakətdir" – Omanın xarici işlər naziri

"Bu müharibə fəlakətdir" –

Omanın xarici işlər naziri Bədr bin Həməd əl-Busaidi İrana qarşı aparılan müharibənin "rəsmi olaraq qarşıya qoyulan məqsədlərin heç birinə nail olmadığını" və BMT mandatına əsaslanmadığını bildirib.

Nazir bu fikirləri Fransanın Le Monde qəzetində dərc olunan məqaləsində səsləndirib.

"Bu müharibə fəlakətdir", – deyə əl-Busaidi yazıb.

Nazir əlavə edib ki, əgər bu müharibə nəhayət, Fars körfəzi regionunda "məhdudlaşdırma" siyasəti ilə bağlı mifə son qoyarsa, bu, ümid üçün əsas yarada bilər. Onun sözlərinə görə, bu halda, təxminən yarım əsr davam edən strateji səhvləri düzəldəcək, daha ədalətli, daha realist və daha effektiv təhlükəsizlik sisteminin formalaşması mümkün olacaq.

Omanlı nazir hesab edir ki, region üçün ən ciddi təhlükələr Tehrandan deyil, Təl-Əvivdən qaynaqlanır.

Seymur

Mənbə: sitat.info