"Dövlət çevrilişi cəhdini ilk andan etibarən qınayan və Türkiyənin yanında olan Prezident İlham Əliyevə və Azərbaycan xalqına minnətdarıq".
Bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün 15 iyul - Türkiyədə Demokratiya və Milli Birlik Günü münasibətilə keçirilən tədbirdə deyib.
"Bu prosesdə bir daha "Bir millət, iki dövlət" prinsipi nümayiş etdirildi", - deyə səfir vurğulayıb.
Mənbə: oxu.az