Rusiya Xarici İşlər Nazirliyi Cənubi Koreyanın son dövrlər NATO ilə yaxınlaşmasından ciddi narahat olduğunu bəyan edib.
bu barədə Rusiya XİN rəhbərinin müavini Andrey Rudenko Cənubi Koreyanın Moskvadakı səfiri Li Sok Pe ilə görüşündə bildirib.
Rusiya xarici siyasət idarəsinin rəsmi bəyanatında Seulun Şimali Atlantika Alyansı ilə hərbi-texniki əməkdaşlığı dərinləşdirmək istiqamətində atdığı praktiki addımların Rusiyanın milli təhlükəsizliyinə birbaşa təhdid yaratdığı vurğulanıb.
Mənbə: www.bakupost.az