İyulun 23-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ABŞ Dövlət katibi Marko Rubio arasında görüş keçiriləcək.
Rusiya mətbuatına istinadən xəbər verilir ki, bu barədə S.Lavrov Filippində ASEAN xarici işlər nazirlərinin iclasının yekunları barədə danışarkən bildirib.
“Biz dünən qəbulda Marko Rubio ilə qısa müddətlik görüşdük və danışıqların sabah günün birinci yarısında keçirilməsini təsdiq etdik”, - diplomat deyib.
Lavrovun sözlərinə görə, Rubio ilə ABŞ-nin Ukrayna münaqişəsinin nizamlanması üzrə mövqeyini müzakirə etməyi planlaşdırır.
Mənbə: qafqazinfo.az