Venesuela prezidenti Nikolas Maduronun tərəfdarları siyasətçinin işi ilə bağlı keçiriləcək məhkəmə iclası öncəsi Nyu-Yorkda məhkəmə binası qarşısında toplaşıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Maduronu dəstəkləyən və “Amerika imperializminə” qarşı çıxan plakatlar daşıyan onlarla etirazçı binanın qarşısına yığışıb.
Maduro və həyat yoldaşı ilə bağlı dinləmə ittiham tərəfinin tələbi və hakim Alvin Hellerşteynin təsdiqi ilə 30 iyun tarixindən üç həftə təxirə salınmışdı.
Xatırladaq ki, yanvarın 3-ü ABŞ hərbi qüvvələri Venesuelanın paytaxtı Karakasda və ətraf ştatlarda 11 strateji hədəfə genişmiqyaslı zərbələr endirib. Əməliyyat nəticəsində Prezident Nikolas Maduro xanımı Siliya Floreslə birlikdə ələ keçirilərək Nyu-Yorka aparılıb. Venesuela mediası həmin gün 23 Venesuela əsgəri, 32 Kuba əsgəri və 2 mülki şəxs olmaqla ümumilikdə 57 nəfərin öldüyünü açıqlayıb.
Mənbə: qafqazinfo.az