Şəhidlərin xatirəsi əbədiləşdirilir - VİDEO

Şəhidlərin xatirəsi əbədiləşdirilir - VİDEO

Quba şəhərində 10 küçəyə Vətən Müharibəsi zamanı şəhid olan qəhrəmanların adı verilib. Bu məqsədlə şəhərin 32-33-cü kvartal adlı yaşayış massivində ilk olaraq küçələr əsaslı təmir olunub.

Küçələrdən birinə şəhid general Polad Həşimovun, eləcə də vətən müharibəsi qəhrəmanları Şahin Allahyarov və Mehrab Niftəliyevin adı verilib.

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev REAL-a açıqlamasında bildirib ki, küçələrə adları verilən şəhidlərin 7 nəfəri şəhər sakinləridir. Bununla yanaşı digər şəhidlərin adları da yaşadıqları kənd və qəsəbələrdə əbədiləşdiriləcək.

İcra başçısı həmçinin qeyd etdi ki, şəhid ailələri daim diqqətdə saxlanılacaq və onların hər bir çətinliyi qısa zamanda həll ediləcək.

 

Mənbə: www.realtv.az