Qadın pilotlar 17 saatlıq fasiləsiz uçuşla rekord qırdılar...

Qadın pilotlar 17 saatlıq fasiləsiz uçuşla  rekord qırdılar...

Hindistan Hava yolları "Air India"nın qadın pilotlardan ibarət olan kokpit heyəti, həyata keçirilən ən uzun və fasiləsiz ticarət uçuşu ilə tarixə düşüb.

Moderator.az xəbər verir ki, bütün heyəti qadınlardan ibarət olan uçuş zamanı 4 qadın pilotun ABŞ-ın San Fransisko şəhərindən Hindistanın cənubunda yerləşən Benqalor şəhərinə etdiyi 14 min kilometrlik uçuş 17 saat davam edib.

288 sərnişin ilə bazar ertəsi yerli saatla 03.07-də havaya qalxan təyyarə, Şimal qütbünü keçərək saat 16.37-də hava limanına enib.

Qeyd edək ki, Hindistan, dünyada ən çox qadın pilotun olduğu ölkədir. Ölkədəki pilotların 12 faizi qadınlardan ibarətdir. ABŞ-da isə bu nisbət 4 faiz təşkil edir.

 

Mənbə: moderator.az