“Azərbaycanın güclü dövlət olduğunu dünyaya göstərdiniz” - Tarzən Elçin Nağıyevin Prezidentə müraciəti...

Bakının Nəsimi rayonundan tarzən Nağıyev Elçin Prezident İlham Əliyevə müraciət edib:

“Sizin rəhbərliyinizlə şanlı ordumuz tərəfindən doğma Qarabağımız işğaldan azad edilməklə 30 illik həsrətimizə son qoyuldu. Siz bir daha dünyaya Azərbaycanın güclü dövlət olduğunu göstərdiniz. Bu haqq savaşında böyük zəfər qazanmaqla adınızı qalib sərkərdə kimi ən yeni tariximizin şanlı səhifəsinə qızıl hərflərlə yazdırdınız. Bu qələbə münasibətilə Sizi və xalqımızı ürəkdən təbrik edirəm.

Bu gün Siz Azərbaycan təhsil sistemini də unutmursunuz. Hər zaman başqa sahələr kimi bu sahəyə də böyük qayğı və diqqət göstərirsiniz. Ümummilli liderimiz Heydər Əliyevin imzası ilə yaranan Azərbaycan Milli Konservatoriyasının 20 illiyi ilə bağlı bir qrup əməkdaşın fəaliyyətini fəxri adlarla qiymətləndirmisiniz. 30 illik müəllimlik təcrübəmi nəzərə alaraq, məni də “Əməkdar müəllim” adına layiq gördüyünüz üçün Sizə şəxsən öz dərin minnətdarlığımı bildirir və bundan sonra da üzərimə düşən vəzifəmi layiqincə yerinə yetirəcəyimi diqqətinizə çatdırıram.

Bu gün Azərbaycan ziyalıları Sizə inanır və hər zaman Sizin yanınızdadır. Sizinlə qürur duyuruq”.

Bakixeber.com

ƏVVƏLKİ XƏBƏR

Gürcüstanda məktəblərin yaxın günlərdə açılması gözlənilmir- Açıqlama

SONRAKI XƏBƏR

Tərtərdən Qarabağ veteranı Cavanşir İsmayılov Prezidentə müraciət etdi