Şuşa Statistika İdarəsinin rəisi bütün həmyerliləri adından Prezidentə müraciət etdi

Şuşa Statistika İdarəsinin rəisi bütün həmyerliləri adından Prezidentə müraciət etdi

“Apardığınız misilsiz siyasət və qətiyyətli mövqeyiniz nəticəsində 44 günlük Vətən müharibəsində qazandığınız möhtəşəm Qələbə münasibətilə Sizi və Azərbaycan xalqını təbrik edirəm.

Doğma Şuşamızın azad olunmasına görə ailəmiz adından Sizə xüsusi minnətdarlığımı çatdırıram. 28 illik həsrətimizə son verildiyinizə, bizi Şuşamıza qovuşdurduğunuza görə Sizə bir daha ürəkdən təşəkkür edərək bildiririk ki, hər bir şuşalı kimi geri dönəcəyimiz günü səbirsizliklə gözləyirik. Biz öz doğma Şuşamıza qayıdaraq, Sizin rəhbərliyinizlə torpaqlarımızın dirçəlişində və quruculuq fəaliyyətində ailəliklə fəal olacağımıza söz veririk.

...Biz xoşbəxt xalqıq ki, Sizin kimi dahi liderimiz var.

Tanrı Sizi və ailənizi qorusun!”

Bunu Prezident İlham Əliyevə müraciətində Bakı şəhərindən Şuşa Rayon Statistika İdarəsinin rəisi Xəlilov Anar Əhməd oğlu bildirib.

Mənbə: www.baki-xeber.com