Ağdamın Novruzlu sakini Davud Mirzəyev Prezidentə yazdı...

“Sizi və ailənizi böyük zəfər münasibətilə ailəmiz adından təbrik edirəm. Sizin çağırışınızla sentyabrın 20-də hərbi səfərbərliyə qoşulmuşam və 44 gün müharibədə iştirak etmişəm. Mənə verdiyiniz yüksək dəyərə - “Ağdamın işğaldan azad olunmasına görə” medalı ilə təltif olunduğuma görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Sizin hər bir çıxışınız bizə döyüşdə ruh yüksəkliyi verirdi. Biz inanırdıq ki, Qələbə çalacağıq. Çünki bizim arxamızda Sizin kimi böyük bir sərkərdə, Ali Baş Komandan durmuşdu.

Uca Allah Sizi qorusun! Yaşasın müzəffər Azərbaycan Ordusu!”

Bunu Prezident İlham Əliyevə müraciətində Ağdam rayonunun Novruzlu kəndindən ehtiyatda olan baş leytenant Mirzəyev Davud Niyaz oğlu bildirib.

Bakixeber.com

ƏVVƏLKİ XƏBƏR

Qarabağ müharibə veteranı Ramiq Məhərrəmov Prezident İlham Əliyevə məktub yazdı

SONRAKI XƏBƏR

Zəminə Əliyeva: “Bu illər ərzində mənim ürəyim kimi, onun qəbri də üşüyüb” - VİDEO