Qarabağ müharibə veteranı Ramiq Məhərrəmov Prezident İlham Əliyevə məktub yazdı

“Vətən müharibəsində Azərbaycanı ordu, diplomatiya və informasiya cəbhəsində qalib etdiyinizə görə Sizinlə - bütün Azərbaycanın qəhrəmanı ilə qürur duyuram.

Biz 44 günlük zəfər dolu tariximizə qədər Azərbaycan Himnini oxuyarkən Vətən üçün ölməyə-öldürməyə hazır olan, yaşamaq hüququndan keçməyi şərəf bilən əsgəri vəsf edirdik, özümüz isə məcburi köçkün həyatı yaşayırdıq. İndi isə Himnimizi qürurla oxuyuruq, buna görə və Azərbaycanın incəsənət məbədi, kurort şəhəri Şuşanı işğaldan azad etdiyinizə görə, Sizə - Ali Baş Komandana və Azərbaycan döyüşçüsünə minnətdarıq.

Bir Şuşalı olaraq bütün ailə üzvlərimlə birlikdə tezliklə Şuşaya qovuşub orada yaşamağı səbirsizliklə gözləyirik”.

Bu fikirləri Bakının Sabunçu rayonundan1-ci Qarabağ müharibəsi veteranı, Əməkdar həkim Məhərrəmov Ramiq Prezident İlham Əliyevə müraciətində bildirib.

Bakixeber.com

ƏVVƏLKİ XƏBƏR

Tərtərdən Qarabağ veteranı Cavanşir İsmayılov Prezidentə müraciət etdi

SONRAKI XƏBƏR

Ağdamın Novruzlu sakini Davud Mirzəyev Prezidentə yazdı...