ABŞ-ın yeni admnistrasiyası ilə münasibətlər yeni keyfiyyətdə qurulmalıdır - Arif Hacılı

ABŞ-ın yeni admnistrasiyası ilə münasibətlər yeni keyfiyyətdə qurulmalıdır - Arif Hacılı

“Azərbaycanın çoxşaxəli xarici siyasət yürütmək imkanlarından tam olaraq istifadə edilməlidir”.

KONKRET.az-ın xəbərinə görə, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

Müsavat başqanı qeyd edib ki, Azərbaycan-Türkiyə-Pakistan əməkdaşlığının möhkəmlənməsi və inkişaf etməsi çox mühümdür: “Alqışlayıram. Paralel olaraq GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) birliyinin Türkiyənin də iştirakı ilə dirçəldilməsi üçün yaranan yeni geopolitik şərait dəyərləndirilməli, deklorativ Avrointeqrasiya siyasəti, gerçək siyasi və iqtisadi addımlarla əvəz olunmalı, ABŞ-ın yeni admnistrasiyası ilə münasibətlər əvvəlki dövrlərdən fərqli, yeni keyfiyyətdə qurulmalıdır”.

Mənbə: konkret.az