Trampa Nobel mükafatı verilməsi təklif olundu

Trampa Nobel mükafatı verilməsi təklif olundu

Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, Dövlət katibi Mayk Pompeo, Prezident Donald Trampa, Ərəb-İsrail sülhünə kömək etdiyi üçün Nobel Sülh Mükafatını təqdim etməyi təklif edir.

Pompeonun rəsmi Twitter hesabında etdiyi təklif, Nümayəndələr Palatasının Trampı impiçment etmək üçün səs verməsi fonunda baş verir.

Pompeo, Trampın İsrailin Baş naziri Binyamin Netanyahu və Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyndən gələn yüksək vəzifəli şəxslərlə birlikdə Ağ Evin balkonundan yellədiyi bir fotoşəkilini Twitter-də paylaşıb.

 

 

 

Mənbə: moderator.az