Ukrayna və Türkiyədən diqqətçəkən həmlə - Kiyev açıqladı

“Türkiyə ilə müdafiə sahəsindəki əməkdaşlıq çəkindirici güc əldə etmək baxımından bizim üçün önəmlidir”.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna baş nazirinin müavini Oleq Uruski deyib.

O, 2020-ci ilin ikinci yarısında Ukrayna Prezidenti Vladimir Zelenski və Baş nazir Denis Şmıqalın Türkiyəyə rəsmi səfərlərini xatırladıb.

Uruski münasibətlərin qarşılıqlı rəsmi səfərlərlə məhdudlaşmadığını söyləyib: “Münasibətlərimiz digər sahələr üzrə də inkişaf edir.

Ölkələrimizin illik ticarət həcmində ən azı 10 milyard dollar əldə etmək potensialı var və Ukrayna bu potensialı yaxın gələcəkdə reallaşdırmağa hazırdır”.

Ukrayna rəsmisi Türkiyə ilə birgə müasir silahlar istehsal etməyi planlaşdırdıqlarını da diqqətə çatdırıb.

İki ölkə arasında bu sahədə artıq imzalanan bir çox razılaşmanın olduğunu xatırladan Uruski qeyd edib ki, Ukrayna Türkiyənin ASELSAN, ROKETSAN, HAVELSAN, Mexanika və Kimya Sənayesi Korporasiyası, Delta Defence, BAYKAR və digər şirkətlərlə əməkdaşlıqda fəal rol oynayır.

Uruski Ukraynanın Quru Qoşunları ilə yanaşı, Hərbi Dəniz Donanması üçün də Türkiyədən ən müasir silah-sursat alacaqlarını açıqlayıb.

 

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

Dembele Madrid klubunda - RƏSMİ

SONRAKI XƏBƏR

Deputatdan Mərkəzi Bankım 430 milyonluq binasına etiraz: "Biabırçılıqdır, bizim qazancımızı küləyə sovurur "