Deputatdan Mərkəzi Bankım 430 milyonluq binasına etiraz: "Biabırçılıqdır, bizim qazancımızı küləyə sovurur "

Deputatdan Mərkəzi Bankım 430 milyonluq binasına etiraz: "Biabırçılıqdır, bizim qazancımızı küləyə sovurur "

"Azərbaycan Mərkəzi Bankı özünə yeni inzibati bina tikdirir. Layihənin dəyəri 218 milyon avrodur, təxminən 430 milyon manat. Bu qədər cah-cəlala nə ehtiyac var? Özümüzü dünyaya varlı göstərməklə nə varlı oluruq, nə də insanlarımıza ləyaqətli həyat verə bilirik".

Cebhe.info xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib.

"Hər bir dövlət qurumu özünə rahatlıq yaratmaq və xaricilərin, dünyanın gözündə öyünmək üçün büdcəni, neft pullarını, bizim qazancımızı küləyə sovurur, daşa-divara xərcləyir. Etiraz edirəm. Biabırçılıqdır",-deyə deputat bildirib.

Mənbə: cebhe.info