Mediada peşə məsuliyyəti - VİDEO

Mediada peşə məsuliyyəti - VİDEO

“Azərbaycan Respublikasında Media Sahəsində İslahatların Dərinləşdirilməsi Haqqında” fərmanla KİV-də yeni dövr başlayır, qəzet , çap mediası ilə məşğul olmasına baxmayaraq onlayn medianın da bu islahatlar çərçivəsinə daxil edilməsini Akif Aşırlı vacib amil sayır.

Mediada islahatlar məsələsində xüsusi bir nüans var, dövlətin maraqları və onun təhlükəsizliyi. çünki, dövlətin təhlükəsizliyi həm də oxucunun, və ya seyrçinin də təhlükəsizliyidir. Burda isə əsas rolu peşəkarlıq səviyyəsi oynayacaq.

Bir məsələ də xüsusi diqqət özünə cəlb edir, burada media sahəsində çalışanların peşə etikası və vəzifələrinin icrası ilə bağlıdır. Artıq burada da həm tv, qəzet, radio ilə bərabər onlayn media ,bloger,səhifə admini və s. məsuliyyət sferasına daxil edilir.

Prezident İlham Əliyev “Azərbaycan Respublikasinda Media Sahəsində islahatlarin Dərinləşdirilməsi haqqında” fərman imzalayıb.

Fərmana əsasən “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb, “Azərbaycan Respublikasının Medianın İnkişafi Agentliyinin Nizamnaməsi” təsdiq edilib.

 

Mənbə: www.realtv.az