Milli Qvardiya Baydenin andiçməsinə 20 mindən çox əsgər göndərəcək

Milli Qvardiya Baydenin andiçməsinə 20 mindən çox əsgər göndərəcək

ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin andiçmə mərasimi ərəfəsində Vaşinqtonda asayişi qorumaq üçün Milli Qvardiyanın 20 mindən çox döyüşçüsü iştirak edə bilər.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Vaşinqton şəhərinin polis rəisi Robert Konti brifinqdə deyib.
“Bu, milli təhlükəsizlik hadisəsi olduğu üçün son dəqiq rəqəmləri ABŞ Məxfi Xidməti təqdim edəcək. Ancaq Vaşinqtonun Kolumbiya bölgəsində 20 mindən çox Milli Qvardiya üzvünü görə bilərsiniz. Həm həftə sonları, həm də andiçmə günü ərəfəsində təhlükəsizliyin təmin olunmasına çox ciddi yanaşırıq”, - deyə Konti bildirib.

Qeyd edək ki, Co Baydenin inauqurasiya mərasimi yanvarın 20-də baş tutacaq.

Mənbə: qafqazinfo.az