“Amerika yol ayrıcında: üsyankarlar inqilab təbliğ edirlər” - Donaxyunun “peyğəmbərliyi”

“Amerika yol ayrıcında: üsyankarlar inqilab təbliğ edirlər” - Donaxyunun “peyğəmbərliyi”

Kapitolinin kəşfiyyat üzrə polis direktoru Amerika Birləşmiş Ştatları (ABŞ) Konqresinin rəsmi şəxslərini ötən ilin iyulunda xəbərdar edib ki, koronavirus infeksiyasının yayılması il əlaqədar ehtiyatkarlıq tədbirlərinə qarşı çıxışlar ölkədə sağ «inqilabçı ekstremistlərin» zorakılığının artmasına gətirib çıxardıb.

Bu barədə yanvarın 13-də ABŞ qanunverici orqanının dinləmə materiallarında söhbət açılır («Röyter»).

Kapitoli polisində xidmətə başlayandan 4 ay əvvəl Con Donaxyu, o zaman təhlükəsizlik üzrə özəl məsləhətçi, bəyan edib ki, fəlakətin qarşısını almaq üçün Birləşmiş Ştatların sosial şəbəkənin monitorinqinə əsaslanmış mürəkkəb ilkin xəbərdalıq sisteminə (nüvə raketlərinin buraxılmasının aşkarlanması sisteminə oxşar) ehtiyacı var.

“Amerika yol ayrıcındadır - iyulun 16-da Nümayəndələr Palatasının kəşfiyyat və terrorçuluqla mübarizə üzrə alt komitəsində Donaxyu bəyan edib - konstitusion hüquqlar və hüquq-mühafizə fəaliyyətinin kəsişməsi heç vaxt indiki qədər daxili subyektlər tərəfindən belə riskələrə məruz qoyulmayıb, o zaman ki, üsyankarlar inqilab təbliğ edirlər”.

«Bu təzahürü qəbul etmək və vətəndaş cəmiyyətini qoruyub saxlamaq üzrə operativ iş aparmağın vaxtıdır» - o, əlavə edib.

Konqres qarşısında çıxış edərkən, Donaxyu ötən yayda federal tikinti gözətçisi David Patrik Andervudun və Kaliforniya şerifinin müavini Deymon Qutsvillerin sağçı insanların “Azad” qrupunun üzvləri tərəfindən öldürülməsini hökumətə qarşı üsyanın xəbərçiləri adlandırıb. Bu insanlar radikal anti-hökumət əhval-ruhiyyəsindədirlər. Donaxyu Nyu-Yorkda etirazçızar tərəfindən polis maşınının partladılmasına da toxunub.

«Bizə öz keçmişimizdən öyrənmək lazımdır, öz səhvlərimizdən öyrənmək lazımdır - o, konqresmenlərə bəyan edib - bizə, bu çərçivədən çıxmaq və irəliyə yol lazımdır, ancaq zorakı üsyandan keçməklə yox».

Bu bəyanatlardan 4 ay sonra Con Donaxyu Kapitoli polisinin kəşfiyyat üzrə direktoru vəzifəsinə təyin olunub («Röyter»).

Xəbər verildiyi kimi, ABŞ-da Tramp tərəfdarlarının Kapitoliyə edilmiş məlum hücumdan narahatlıq keçirirlər ki, bu, ölkə üzrə silahlı və zorakı etirazların başlanğıcı ola bilər.

Mənbə: azpolitika.info