Zelenski ABŞ-yə səfər edəcəyini AÇIQLADI

Zelenski ABŞ-yə səfər edəcəyini

Volodimir Zelenski yaxın günlərdə ABŞ-yə səfər edəcəyini, burada bir həftə ərzində Amerika liderinin xüsusi elçisi Stiven Uitkoff və sahibkar Cared Kuşner ilə görüşünün mümkün olduğunu bəyan edib.

Bu barədə TSN telekanalı məlumat yayıb.

"Görüşümüz olacaq. Çox güman ki, bu görüş ABŞ-də baş tuta bilər. Biz dəvət olunmuşuq, hesab edirəm ki, görüş yaxın günlərdə, bir həftə ərzində baş tutacaq", - deyə o bildirib.


Zelenski əlavə edib ki, iyulun 22-də Uitkoff və Kuşner ilə baş tutan telefon danışığı zamanı Ukrayna və ABŞ nümayəndələri ABŞ-ın [Ukrayna] münaqişəsinin başa çatdırılması ilə bağlı müxtəlif təkliflərini müzakirə ediblər.

Zelenski səfər çərçivəsində "Patriot" zenit-raket kompleksləri üçün raketlər istehsal edən "Lockheed Martin" şirkətinin nümayəndələri ilə də görüşməyi planlaşdırdığını diqqətə çatdırıb.

Mənbə: bizim.media