Türkiyədəki səfirimiz geri çağırıldı

Türkiyədəki səfirimiz geri çağırıldı

Azərbaycanın Türkiyədə fövqəladə və səlahiyyətli səfiri Rəşad Eynəddin oğlu Məmmədov geri çağırılıb.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Məlumat üçün bildirək ki, o, 26 iyul 2021-ci ildən bu vəzifəni icra edib.

Mənbə: qafqazinfo.az