Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş Assambleyasında Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) ilə bağlı təkliflər müzakirə olunub.
Türkiyə KİV-ə istinadən xəbər verilir ki, iclasda ŞKTC-nin adı və bölgədəki mövcud siyasi vəziyyətlə bağlı diqqətçəkən bəyanatlar verilib.
Yeni Yol Partiyasının İstanbul millətvəkili Mustafa Kaya ŞKTC-nin adının dəyişdirilərək "Kipr Türk Cümhuriyyəti" olunmasını təklif edib:
"Əgər adanın və karbohidrogen yataqlarının hamısında Kipr türk xalqının haqqı varsa, bundan sonra adanın 'şimalı', 'cənubu' yoxdur. Kipr Türk Cümhuriyyəti adı altında yola davam edilməlidir", – deyə o bildirib.
Təklif səsverməyə çıxarılsa da, qəbul edilməyib.
Mənbə: bizim.media