Latviya Rusiyaya etiraz notası təqdim etdi

Latviya Rusiyaya etiraz notası təqdim etdi

Latviya Xarici İşlər Nazirliyi Rusiyanın müvəqqəti işlər vəkilini çağırıb və etiraz notası təqdim edib.

Bu barədə Latviyanın xarici siyasət idarəsi bəyanat yayıb.

Diplomatın çağırılmasına səbəb Rusiyanın Ukraynanın Slavyansk şəhərinə endirdiyi zərbə nəticəsində Latviyanın fəxri konsulluğunun binasının zədələnməsidir.

Qeyd edək ki, hücum nəticəsində Latviyanın Slavyanskdakı fəxri konsulu Aleksandr Pavenko xəsarət almayıb, lakin konsulluğun iki əməkdaşı yaralanıb.

Mənbə: publika.az