İran dənizdə raket təlimləri keçirdi

İran dənizdə raket təlimləri keçirdi

İran ordusu ölkənin cənub-şərqində hərbi dəniz təlimləri çərçivəsində müxtəlif mənzilli raketləri və torpedaları sınaqdan keçirib.

KONKRET.az xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

“Güc 99” adlı təlimlər Ərəbistan dənizində baş tutub.

Təlimlərdə İran Baş Qərargah rəisi Məhəmməd Baqiri də iştirak edib.

Mənbə: konkret.az