Macarıstan işğaldan azad olunmuş ərazilərdə minaların təmizlənməsinə vəsait ayırıb

Macarıstan işğaldan azad olunmuş ərazilərdə minaların təmizlənməsinə vəsait ayırıb

Macarıstan hökuməti Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin minalardan təmizlənməsi üçün 25 min avro qrant ayırıb.

APA-nın məlumatına görə, bu barədə Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev “Facebook”da bildirib.

“Böyük məbləğ deyil, amma dostluq münasibətlərinin ifadəsi baxımından çox dəyərlidir”, - deyə səfir qeyd edib.

Mənbə: apa.az