Hulusi Akar "S-400"lərdən imtina barədə: "Həll edə bilərik"

Ankara üçün Rusiya istehsalı olan "S-400" zenit-raket kompleksinin alışından imtina etmək problemli olar.

BAKI, 14 yanvar — Sputnik. Türkiyə "S-400" zenit-raket kompleksinin ikinci alayının mümkün tədarükü ilə bağlı danışıqları davam etdirir. Sputnik Azərbaycan "A Haber"-ə istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib.

"Rusiyadan aldığımız "S-400" sistemlərinin sınağı davam edir, biz işləri planlaşdırdığımız formatda davam etdirməyə cəhd edirik. Ankara üçün Rusiya istehsalı olan "S-400" zenit-raket kompleksinin alışından imtina etmək problemli olar. Biz hesab edirik ki, Birləşmiş Ştatlarla bu mövzuda fikir ayrılığını dialoq yolu həll edə bilərik", - deyə Akar qeyd edib.

O, həmçinin vurğulayıb ki, Türkiyədə "S-400"-lərin konkret dislokasiya yeri yoxdur və lazım olanda sistemlərin yeri dəyişə bilər.

Sputnik.az

ƏVVƏLKİ XƏBƏR

Ərdoğan peyvənddən sonra: “Burda çətin heç nə yoxdur” – YENİLƏNİB+FOTO/VİDEO

SONRAKI XƏBƏR

Bakı "İnstagram" üçün 50 ən cəlbedici şəhər sırasında yer alıb