"44 günlük müharibə onu göstərdi ki..."

"44 günlük müharibə onu göstərdi ki..."

Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyevin xalqımızın birlik və bərabərliyinin ideoloji əsasları haqqında düşüncələrini oxucularımıza təqdim edirik.

Hər bir xalqın, cəmiyyətin inkişafında və idarə olunmasında ideologiya əsas yer tutur. İstər sovet dönəmində olan ideologiya olsun, istərsə də müasir dövrümüzdəki dünyavilik ideologiya olsun bunların hamısı cəmyyəti idarə etmək və məqsədə çatmaq üçün bir vasitədir. Hər bir xalqın özünə məxsus adət-ənənələri, dini dəyərləri, özünə məxsus mentaliteti olmaqla yanaşı, daxili və xarici problemlərə malikdir. Bu baxımdan cəmiyyətin ideologiyası formalaşdırılanda qeyd etdiyimiz amillər nəzərə alınmalıdır.

Ərazilərimizin iyirmi faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyi zaman xalqımızı birləşdirən bir amal vardı: torpaqlarımızın işğaldan azad edilməsi və Qarabağa azadlıq şuarı. 44 günlük müharibə bu birliyi bir daha sübut etdi. Siyasi baxışlarından, mövqeyindən asılı olmayaraq torpaqlarımızın azad edilməsi və Qarabağa azadlıq ideyası cəmiyyəti bir bayraq altında birləşdirdi. Artıq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi həm de-yiri, həm də de-fakto həll olunmuş münaqişə sayla bilər. Azərbaycan ərazisində yaşayan bütün millətlər bu münaqişənin həllində çoxlu sayda şəhidlər verdi, qazi olanlar oldu, Bu xalqımızın milli birliyinin baris numunəsi idi. Xalqımızı təmsil edən çoxsaylı millətləri birləşdirən, mübarizlik əzmini yüksəldən Azərbaycançılıq ideologiyası idi. Məhz bu baxımdan Azərbaycançılıq ideologiyası həm ölkə daxilində millətlərin birliyini və bərabərliyini, tolerantlığı təmin edən, həm də xaricdə yaşayan soydaşlarımızın birliyini təmin edə biləcək optimal ideoloji konsepsiyadır. Bu konsepsiya nəzəri və praktiki olaraq iştimailəşməli və inkişaf etdirilməlidir ki, gələcək hədəfələrimizə çata bilək.

Qeyd edim ki, Azarbaycan xalqı dərin, qədim kökləri özündə daşıyır, bu xalq müxtəlif millətlərə məxsus olan adət ənənələri özündə əks etdirən xüsusiyyətlərə malikdir. Hər bir xalqın böyüklüyü o xalqı təmsil edən millətlərin, etniklərin, etnosların müxtəlilifyi ilə bağlıdır. Respublikamızda yaşayan müxtəlif adət-ənənələrə, müxtəlif dillərə və dinlərə məxsus insanları birləşdirən Azərbaycançılıq ideyası ətrafında sıx birləşməkdədir. Bu ideya bəşəri dəyərləri özündə əks etdirən mütərəqqi düşüncəyə cevrilməkdədir. İstər xaricdə yaşayan soydaşlarımız, istərsə də daxildə yaşayan vətəndaşlarımız bu nəzəriyyəni mənimsəməli, bunun mahiyyəti praktiki izah olunmalı və dövlət səviyyəsində inkişaf etdirilməlidir.

Tarixən cəmiyyətlərin inkişafında ideoloji amillər xüsusi rol oynamışdır. Qeyd etmək yerinə düşər ki, ideologiya cəmiyyəti idarə etmək, məqsədə çatmaq üçün bir konsepsiyadır.

Hər bir xalqın özünə məxsus seçdiyi ideologiyası o xalqın intellektual inkişafını, mənəvi dəyərlərini özündə əks etdirir. İdeologiya cəmiyyət üçün bir mayak rolunu oynamalıdır, cəmiyyət hara və necə gedir. İdeologiyası olmayan cəmiyyətlərdə xaos, qeyri-müəyənlik hökm sürür, həmin cəmiyyət xarici qüvvələrin təsiri altına düşür və asanlıqla idarə olunurlar.

Azərbaycançılıq ideyası təkcə respublika daxilində deyil, həm də xaricdə yaşayan soydaşlarımızı birləşdirəcək bir konsepsiyaya çevrilməkdədir. 44 günlük müharibədə onu göstərdi ki, Azərbaycançılıq ideologiyası cəmiyyətimizin birliyinin əsasını təşkil etdi və həmin günlərdə Respublikamızda yaşayan bütün millətlər bir amal uğrunda vətən müharibəsinə qoşuldu, ayrı-seçkiliyə yol verilmədi.

İnsanların şüuründa ideologiyann formalaşması və inkişafı üçün bir çox amillər vardır, onlardan da biri zamandı, bir xalq kimi formalaşmaq üçün şurumuzda mürtəce düşüncədən uzaqlaşmalı, mürtərəqqi dəyərləri inkişaf etdirmək vacibdir.

Dünyanın bir çox ölkələrində çoxsaylı azərbaycanlılar yaşayır. Bu insanların siyasi əqidəsindən asılı olmayaraq onları birləşdirmək, vahid bir amala xidmət etmək strateji məqsədlərdən biri olmalıdır. Azərbaycançılıq ideologiyasını qəbul edən və bu yolda fəaliyyətini quran başqa ölkənin vətəndaşı olsa belə onu Azərbaycan Respublikasının vətəndaşı hesab etmək lazındır. Bunun üçün də hüququ baza yaradılmalıdır ki, belə soydaşlar ölkəmizə bağlı olsun, dövlətimizin xarici və daxili siyasi maraqlarını müdafiə etməyə mənəvi borcunu hiss etsinlər. Bir misal çəkmək yerinə düşər, xaricdə fəaliyyət göstərən erməni və ya yəhudi diaspora təmsilçilərinin ölkələrinə mənəvi bağlığı onları vadar edir ki, mənsub olduqları xalqınn mənafeyini hər yerdə müdafiə etsinlər. Bu istiqamətdə onlar maddi və mənəvi imkanlarını tam səfərbər edirlər. Dünyada yaşayan azərbaycanlıların ölkəmizə, vətənimizə maddi maraqlarla deyil, ideoloji dəyərlərlə bağlılığını təmin etmək daha məqsədə uyğun olardı.

 

 

 

Mənbə: moderator.az