Yəhudilərin evlərinə “qanlı” xaçlar  çəkildi... - Londonda

Yəhudilərin evlərinə “qanlı” xaçlar  çəkildi... - Londonda

İngiltərə paytaxtının yəhudi rayonundakı evlər qırmızı xaçlarla boyanıb.

Moderator.az İsrail mediasına istinadla xəbər verir ki, bu barədə “JTA” agentliyi məlumat yayıb.

"Hüquq-mühafizə orqanlarının əməkdaşları həmin evlərin sakinləri ilə danışıblar. Çox güman ki, bu olayı psixi xəstəlikdən əziyyət çəkən yerli sakin törədib”- xəbərdə belə deyilir.

“Şömrim” yəhudi özünümüdafiə dəstələri isə hadisəni antisemit bir "nifrət cinayəti" adlandıraraq cinayətkarın "qandan istifadə etdiyini" vurğulayıblar.

Sultan Laçın

 

 

 

Mənbə: moderator.az