Azərbaycanda Stalin repressiyaları - Bəs siz VİKİPEDİYADA nə axtarmısınız?

Azərbaycanda Stalin repressiyaları - Bəs siz VİKİPEDİYADA nə axtarmısınız?

Azərbaycanca Vikipediyada həftənin seçilmiş məqaləsi və həftənin yaxşı məqaləsi məlum olub.

Milli.Az ted.az-a istinadən bildirir ki, həftənin seçilmiş məqaləsi "Azərbaycanda Stalin repressiyaları" məqaləsi olub.

"Azərbaycanda Stalin repressiyaları" 1920-ci illərin sonundan 1950-ci illərin əvvəlinə qədər Azərbaycan SSR-də həyata keçirilən Stalin repressiyalarına verilən addır. Bu repressiya Azərbaycanın ali rəhbərlərinə, ruhanilərə, ziyalılara və varlı kəndlilərlə bərabər bütün Azərbaycan əhalisinə toxunmuşdur. Repressiyalara əksinqilabi fəaliyyətdə, casusluqda, anti-sovet təbliğatını aparmaqda şübhəli bilinən insanların və əmlakının milliləşdirilməsinə mane olan qolçomaqların təqibi, o cümlədən güllələnmələri, həbs olunmaları, əmək düşərgələrinə göndərilmələri və əhalinin SSRİ-nin digər bölgələrinə deportasiyaları daxil idi.

Həftənin yaxşı məqaləsi isə "Yerusəlim mühasirəsi (636-637)" seçilib. Yerusəlim (Qüds) şəhərində, Bizans imperiyası ilə Raşidi xilafət arasında, 636-637/38-ci illərdə baş tutmuş hərbi münaqişə olub.

Qeyd edək ki, Azərbaycanca Vikipediyada 176 min 496 məqalə mövcuddur.

 

Mənbə: news.milli.az